Çinli atlet: “Bundan sonra məqsədim Paris Olimpiadasında “qızıl” qazanmaq olacaq”

Çinli atlet: “Bundan sonra məqsədim Paris Olimpiadasında “qızıl” qazanmaq olacaq”

Hazırda oxunan: Çinli atlet: “Bundan sonra məqsədim Paris Olimpiadasında “qızıl” qazanmaq olacaq”

151927

“Arzularım yerinə yetdi. Bu uğuru xəyal edirdim”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatında qızıl medal əldə edərək, rekordunu yeniləyən çinli idmançı Yi Yuehonq yarışın rəsmi saytına açıqlamasında deyib. 

O, qələbə qazandığı üçün özünü xoşbəxt hiss etdiyini bildirib:

“Yarış mənim üçün çox yaxşı keçdi. Bu, ilk dünya çempionluğumdur. Komanda şəklində bu uğura nail olmuşduq, amma fərd olaraq mənim üçün ilkdir”. 

Mümkün 40 hədəfdən 39-nu dəqiq nişan alan 33 yaşlı atıcı növbəti hədəfindən də danışıb:

“Mənim üçün dünya çempionatında çıxış etmək çox vacibdir. Qızıl medalla dünya rekordu arasında fərq qoya bilmərəm. Bu uğurdan sonra məqsədim Paris Olimpiadasında “qızıl” qazanmaq olacaq. Amma çox çətin görünür. İndiyə qədər olimpiadalarda iki dəfə bürünc medal qazanmışdım, bu dəfə qızıl medal üçün mübarizə aparacağam”. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO