Atıcılıq idmanı üzrə dünyada son beş ilin ən böyük hadisəsi Bakıda davam edir.
Bizim.Media xəbər verir ki, dünya çempionatının bugünkü final yarışları 25 metr məsafəyə tapançadan atəş üzrə qadınların mübarizəsi ilə başlayıb.
Yarışın qızıl medalına 40 xalla Almaniya təmsilçisi Doren Vennekamp sahiblənib.
Ukrayna yığması dünya çempionatında ilk medalını əldə edib. Ukraynalı Olena Kosteviç 31 xalla öz komandasına gümüş medal qazandırıb.
25 xalla bürünc medala yiyələnən Latviya atleti Aqate Rasmane komandasının bu dünya çempionatında ilk uğuruna səbəb olub.
Bu yarışda finala düşmüş Latviya, Tailand, Cənubi Koreya və Çin Taypeyi komandasının üzvləri öz ölkələrinə “Paris-2024” Yay Olimpiadasında iştiraka lisenziya qazandırıblar.
Bizim.Media
- A-
- A
- A+
İdman
16:03 / 20.08.2023
Almaniyalı idmançı Bakıda qızıl medal qazandı - FOTO
Hazırda oxunan: Almaniyalı idmançı Bakıda qızıl medal qazandı - FOTO
Hazırda oxunan: Almaniyalı idmançı Bakıda qızıl medal qazandı - FOTO
151607
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.