“Sumqayıt” səfərdə

“Sumqayıt” səfərdə "Qəbələ"yə qalib gəldi

Hazırda oxunan: “Sumqayıt” səfərdə "Qəbələ"yə qalib gəldi

151531

Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.

Bizim.Media xəbər verir ki, ilk iki turda məğlub olan "Qəbələ" öz meydanında "Sumqayıt"ı qəbul edib. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Gənclik şəhəri" təmsilçisindən qolları 3-cü dəqiqədə İsa Suliman, 31-ci dəqiqədə Kamran Əliyev vurublar. Meydan sahiblərinin heyətində isə 53-cü dəqiqədə Osama Xalayla fərqlənib.

Bu qələbədən sonra xallarını 6-ya çatdıran "Sumqayıt" zirvəyə yüksəlib. Xalı olmayan "Qəbələ" isə sonuncu pillədə qərarlaşıb.

Günün digər oyununda "Səbail" "Zirə" ilə qarşılaşacaq.

Qeyd edək ki, III turun açılış oyununda "Turan Tovuz" "Kəpəz"ə 2 cavabsız qolla qalib gəlib. Tura avqustun 10-da keçiriləcək "Qarabağ" "Araz-Naxçıvan" və "Sabah" - "Neftçi" matçları ilə yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO