“Sabah”ın baş məşqçisi: “Böyük təcrübə qazandıq”

“Sabah”ın baş məşqçisi: “Böyük təcrübə qazandıq”

Hazırda oxunan: “Sabah”ın baş məşqçisi: “Böyük təcrübə qazandıq”

151331

"Sabah" Avropa Konfrans Liqası III təsnifat mərhələsinin cavab görüşündə "Partizan"a məğlub olaraq turnirlə vidalaşıb. 

Bizim.Media xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Masazır təmsilçisinin baş məşqçisi Murad Musayev açıqlama verib: 

"Rəqib böyük təcrübəyə malik komandadır. Onlara meydanda rahat hərəkət etmək üçün şərait yaratdıq. Böyük qüvvə ilə irəli atılmışdılar.

Bu da bizə sürətli əks-hücumlara çıxmaq üçün yaxşı imkanlar yaradırdı. Lakin bundan faydalana bilmədik. İkinci qolu buraxdıqdan sonra oyun sakit məcrada keçdi. Sonradan meydana çıxan futbolçular hücumda yaxşı oyun sərgilədilər.
Bir neçə fürsətimiz olsa da, dəyərləndirə bilmədik. Avrokuboklarda keçirdiyimiz bu 4 matç bizə böyük təcrübə qazandırdı. Bu bir çox futbolçunun ilk avrokubok təcrübəsi idi. "Partizan"ı növbəti mərhələyə adlaması münasibəti ilə təbrik edirəm". 

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO