Atıcılıq üzrə dünya çempionatının ilk qalibləri müəyyənləşdi - FOTO

Atıcılıq üzrə dünya çempionatının ilk qalibləri müəyyənləşdi - FOTO

Hazırda oxunan: Atıcılıq üzrə dünya çempionatının ilk qalibləri müəyyənləşdi - FOTO

151266

Bu gün Bakıda atıcılıq üzrə dünya çempionatının ilk yarışları keçirilib.

Bizim.Media xəbər verir ki, olimpiya növü olan pnevmatik tapançadan 10 m məsafəyə atəş üzrə yarışda kişilər arasında mübarizədə həm fərdi, həm də komanda halında çinlilər üstünlüklərini nümayiş etdiriblər.

Fərdi növdə qızıl medalı 244.3 xalla Çin yığmasının üzvü Boven Janq qazanıb. Gümüş medal 240.8 xal toplayan serbiyalı Damir Mikeç, bürünc medal isə 215.7 xal yığan bolqar Kiril Kirova çatıb.

Yarışın komanda növündə də ilk yeri çinlilər tutub və qızıl medala sahibləniblər. Komanda növündə gümüş medala Almaniya komandası, bürünc medala Hindistan komandası sahiblənib.
Bu gün eyni zamanda qadınlar arasında 10 metr məsafəyə pnevmatin tapançadan atəş üzrə yarışın qalibləri də müəyyənləşəcək.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO