“Neftçi” və “Sabah” Konfrans Liqasında növbəti oyunlarına çıxacaqlar

“Neftçi” və “Sabah” Konfrans Liqasında növbəti oyunlarına çıxacaqlar

Hazırda oxunan: “Neftçi” və “Sabah” Konfrans Liqasında növbəti oyunlarına çıxacaqlar

151174

Bu gün UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

Bizim.Media xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçiləri “Neftçi” və “Sabah” növbəti oyunlarına çıxacaqlar.

Hər iki komanda rəqibi ilə səfərdə üz-üzə gələcək. “Neftçi” Türkiyədə “Beşiktaş”ın qonağı olacaq. Ötən həftə Bakıda 1:3 hesabı ilə məğlub olan “ağ-qaralar”ın İstanbulda bunun əvəzini çıxmaq şansı o qədər də yüksək deyil.
“Sabah” isə öz meydanında iki cavabsız qolla üstələdiyi Serbiya “Partizan”ı ilə Belqradda qarşılaşacaq. Murad Musayevin kollektivi avrokuboklardakı debüt mövsümündə daha bir mərhələ adlamağa yaxındır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO