Bakıda təşkil olunan şahmat üzrə Dünya Kubokunda 14 final mərhələsinin cavab görüşləri keçirilir.
Bizim.Media xəbər verir ki, ilk oyunda Hindistan təmsilçisi Vidit Santoşla heç-heçə oynayan Azərbaycan şahmatçısı Nicat Abasov bu gün ikinci partiyada inamlı qələbə qazanıb.
28 yaşlı qrossmeyster cavab oyununda Vidit Santoşu məğlub etməklə yarımfinala vəsiqə qazanıb. Nicat Abasov Dünya Kubokunda yarımfinala vəsiqə qazanan ikinci azərbaycanlı şahmatçı olub.
Buna qədər 2019-cu ildə şahmatçımız Teymur Rəcəbov ilk dəfə yarımfinalda iştirak edib və həmin il turnirin qalibi olub.
Qeyd edək ki, Dünya Kubokunda yarımfinal avqustun 19-da başlayacaq. N.Abasovun yarımfinalda rəqibi rəqibi Maqnus Karlsen (Norveç)-Domaradju Qukeş (Hİndistan) cütünün qalibi olacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media
![Azərbaycan şahmatçısı dünya kubokunun yarımfinalında! - FOTO Azərbaycan şahmatçısı dünya kubokunun yarımfinalında! - FOTO](https://bizim.media/file/articles/2023/08/16/1692206075_1.jpg)
- A-
- A
- A+
İdman
21:09 / 16.08.2023
Azərbaycan şahmatçısı dünya kubokunun yarımfinalında! - FOTO
Hazırda oxunan: Azərbaycan şahmatçısı dünya kubokunun yarımfinalında! - FOTO
Hazırda oxunan: Azərbaycan şahmatçısı dünya kubokunun yarımfinalında! - FOTO
151137
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.