AFFA İkinci Liqadakı komandaların sayını artırdı

AFFA İkinci Liqadakı komandaların sayını artırdı

Hazırda oxunan: AFFA İkinci Liqadakı komandaların sayını artırdı

151092

Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin fövqəladə iclası keçirilib. 

Bizim.Media xəbər verir ki, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub: 

1. 2023/2024-cü illər mövsümündən etibarən “Şahdağ Qusar” və “Dinamo” FK II liqada çıxış etsin. Həqiqi hərbi xidmət yaşına çatmış futbolçuların “Dinamo” FK-ya cəlb olunması məsələsinin yoxlanılması və yekun qərarın qəbul olunması Peşəkar Futbol Liqasına və AFFA katibliyinə həvalə olunsun. 

2. FİFA-nın “FORWARD” layihəsi çərçivəsində infrastruktur layihələri üçün ayrılan maliyyə vəsaitinin AFFA-nın balansında olan stadion və Akademiyalarda təmir və yenidənqurma işlərinin görülməsinə ayrılsın. Qərarlardan sonra Azərbaycan II Liqasında iştirakçı sayı 14-ə yüksəlib. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO