“Hava şəraitinə görə oyun çətin keçdi. Çatışmazlıqlar var. Amma eyni zamanda, indiki mərhələdə bizim üçün çox vacib olan üç xal qazandıq. İşimiz çox çətindir. Çünki biz yeni komandayıq və yeni legionerlər var".
Bizim.Media xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 2-ci turunda "Qəbələ"yə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
"Komandanı motivasiya etməyə çalışırıq. Legionerlər adaptasiya olmalıdır. Hər futbolçunun meydanda öz funksiyası var. Onların hər birinin bütün zonalarda oynamasını istəyirik. Bizim üçün psixoloji amil çox vacibdir" - deyə o bildirib.
A.Bağırov söyləyib ki, qarşıda “Qarabağ”la oyunları var:
"Bu gün çempionatda "Qarabağ"la oynamaq hər komanda üçün dərsdir. Amma biz hələ formalaşma mərhələsindəyik. Bizim hələ həyata keçirməyə çalışdığımız öz oyunumuz yoxdur. Bütün bunlar vaxt aparacaq”.
Bizim.Media
- A-
- A
- A+
İdman
00:00 / 13.08.2023
Azər Bağırov: "Qarabağ"la oynamaq hər komanda üçün dərsdir"
Hazırda oxunan: Azər Bağırov: "Qarabağ"la oynamaq hər komanda üçün dərsdir"
Hazırda oxunan: Azər Bağırov: "Qarabağ"la oynamaq hər komanda üçün dərsdir"
150574
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.