\

\"Beşiktaş\" Azərbaycan millisinin sabiq üzvünü icarəyə verdi

Hazırda oxunan: \"Beşiktaş\" Azərbaycan millisinin sabiq üzvünü icarəyə verdi

150454

"Neftçi"nin Konfrans Liqasının 3-cü təsnifat mərhələsində rəqibi "Beşiktaş"futbolçusu Berkay Vardarı icarəyə verib. 

Bizim.Media klubun saytına istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi 2023/2024 mövsümün icarə əsasında Moldova "Şerif"ində keçirəcək. 

Qeyd edək ki, B.Vardar Azərbaycanın U-17 millisində 3, U-19 millisində 3 oyuna çıxıb. O, daha sonra Türkiyənin U-21 millisində 1 matçda iştirak edib. 

Qeyd edək ki, "Neftçi" və "Beşiktaş" arasında Bakıda keçirilən ilk oyunda İstanbul təmsilçisi 3:1 hesablı qələbə qazanıb. Bu komandalar arasında cavab matçı avqustun 17-də Türkiyədə olacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO