"Qarabağ" "HİK"i məğlub etdi - VİDEO 

Hazırda oxunan: "Qarabağ" "HİK"i məğlub etdi - VİDEO 

150334

Bu gün UEFA Avropa Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları keçirilir. 

Bizim.Media xəbər verir ki, turnirdəki təmsilçimiz "Qarabağ" da meydana çıxıb.  

Ağdam klubu Bakıda Finlandiya “HİK”ini qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş "Qarabağ"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. 

Bu, "Qarabağ"ın Finlandiya təmsilçiləri ilə üçüncü qarşılaşması olub. 

Xatırladaq ki, "Qarabağ" bunadək iki dəfə Avropa kuboklarında Finlandiya klubları ilə qarşılaşıb. 1996/1997-ci illər mövsümündə (UEFA Kuboklar Kuboku) "Müpa-47" komandası ilə görüşən Ağdam təmsilçisi Bakıda 0:1 hesabı ilə uduzub, cavab oyununun əsas vaxtında isə qalib gəlib (1:0). Amma əlavə vaxtda - 119-cu dəqiqədə "Qarabağ" qol buraxaraq (1:1) mübarizəni dayandırıb. 

2009-cu ildə "Qarabağ" Finlandiyanın "Honka" komandası ilə qarşılaşıb və hər iki oyunda qalib gələrək (səfərdə 1:0, evdə 2:1) Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb. 

10 avqust 

Avropa Liqası 

3-cü təsnifat mərhələsinin ilk oyunu 

20:00. “Qarabağ” – HİK (Finlandiya) - 2:1 

Qollar: Leandro Andrade, 55 (1:0), Antoni Olusanya, 77 (1:1), Juninyo, 85 (2:1) 

Qeydə alınmayan qol: Marko Yankoviç, 4 (VAR) 

Baş hakim: Roi Reinshreiber (İsrail) 

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO