"Qarabağ" - HİK oyununa nə qədər bilet satılıb?

Hazırda oxunan: "Qarabağ" - HİK oyununa nə qədər bilet satılıb?

150315

Bu gün Avropa Liqasını 3-cü təsnifat mərhələsi çərçivəsində Bakıda keçiriləcək "Qarabağ" - HİK (Finlandiya) ilk  oyunu üçün satılan son bilet sayı açıqlanıb. 

Bizim.Media xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq və saat 20:00-da başlanacaq görüşə 18  min bilet satılıb. Bu haqda Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.  

Qeyd edək ki, oyunun  biletlərinin qiyməti sektorlara uyğun olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir. Bundan əlavə, VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 200 manatdır. 

Satış məntəqələri: 

-  Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış); 
-  Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu; 
-  Tofiq Bəhramov adına Respublika stadionunun kassaları. 

Xatırladaq ki, "Qarabağ"la HİK arasında cavab oyunu avqustun 17-də Helsinki şəhərində keçiriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO