Qurban Qurbanov: “Bizi danlayırlarsa, bunu düzgün qəbul edirik” - VİDEO

Qurban Qurbanov: “Bizi danlayırlarsa, bunu düzgün qəbul edirik” - VİDEO

Hazırda oxunan: Qurban Qurbanov: “Bizi danlayırlarsa, bunu düzgün qəbul edirik” - VİDEO

150168

"Qarabağ" Avropa Liqası III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Finlandiyanın HİK klubunu qəbul edəcək.  

Bizim.Media xəbər verir ki, matçdan öncə təşkil olunan mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:  

- Bilirik ki, bizim üçün çox önəmli oyundur. Hazırlığımız pis getməyib. Futbolçuların durumu yaxşıdır. Hamımız ciddi formada oyuna hazırlaşırıq. Çalışacağıq ki, sabah meydanda ən yaxşısını edək.  

- HİK-in Bakıya səfər planı dəyişdi. Sərin Skandinaviyadan gəlirlər, Bakının 45 dərəcə istisində oynayacaqlar. Bu, sizin üçün üstünlükdür? 

- Deyə bilmərəm. Bu formada suallar çox olub. Dəfələrlə demişəm ki, sərin havada futbolçunun idman forması daha tez yaxşı olur. İstər-istəməz adaptasiya üç gündən sonra başlayır. Onların planlarının dəyişməsinə gəlincə, səbəbini bilmirəm.

Bu barədə düşünməmişik. İnanmıram ki, bir günlük isti, ya gecikmə oyun planına təsir etsin. Fikrimiz rəqibi yaxşı analiz edib, hazırlaşmaqdır. 

- Son vaxtlar məğlubiyyətlər komandada psixoloji gərginlik yaradıb. Sabahkı oyun psixoloji gərginliyi düzəltmək üçün yaxşı şansdır. Bu, əlavə gərginlik yaradır? 

- Yox desəm ki, yalan olar. Amma biz peşəkarıq, belə hallarla üzləşmişik. İllərdir bu yolla gəlirik. Mənim narahatlığım yoxdur. Bilsəm ki, komandam oyununu, potensialını itirib, gücü yoxdur, narahat olaram. Yox, biz heç bir rəqibdən çəkinmiriksə, onlara qalib gəlmək gücündə olduğumuzu biliriksə, narahatlığımız yoxdur.

Amma hər məğlubiyyətdən, düşünmədiyimiz hesablardan sonra gərginlik hiss olunur. Sabah yaxşı oyun göstərmək istəyirik. Bəlkə sürət, dinamika istədiyimiz kimi olmasın. Amma sabah 90 dəqiqə oyuna köklənib, səhvlərdən uzaq olmaq istəyirik.  

- Sabah uzun aradan sonra yenidən Tofiq Bəhramov adına Respublika stadionunda oynayacaqsınız. Sizin üçün yaxşıdır? 

- Ola bilər. Amma əvvəl də demişdim ki, bizim üçün Bakının hər yeri doğmadır. Əlbəttə ki, Tofiq Bəhramov stadionu ilə daha tanışıq. Orada da çoxdandır ki, oynamırıq. Stadionun durumu yaxşı idi, pis deyildi. Məşqimizi etmişik. İnanıram ki, faydası olar. 

- İki il əvvəl HİK "Neftçi" ilə oynamışdı. Heyətlərində dəyişiklik baş verib. Sizcə, onların oyun planında necə, dəyişiklik hiss olunur? 

- Keçmişə çox da baxmadıq. Bu gün futbol elə səviyyəyə gəlib ki, ildən-ilə dəyişikliklər olur. HİK-in hazırkı durumu ilə yaxından tanış olmağa çalışdıq. Hər komandanın təcrübəsi ildən-ilə artır. Düşüncəmiz sırf bugünkü HİK-lə bağlıdır. Bu komandanın təhlükəli oyunçuları, hücumları var. Onlara diqqət ayırmışıq. 

- Hansısa futbolçunun zədəsi var? Əsas heyətlə bağlı dəyişiklik olacaq? 

- Futbolçuların durumu pis deyil. Ciddi problemi olan oyunçu yoxdur. Zədəliləri bilirsiz. Son çempionat matçında oynayan futbolçularda mikro zədələr var. Amma bunun sabah onlara mane olacağını düşünmürəm. Sabah daha yaxşı səviyyədə olacaqlar. Ciddi dəyişiklik gözlənilmir. Amma bir gün vaxtımız var.  

- HİK-dən gözlədiyiniz ən böyük təhlükə nədir? Hansı tədbirləri görəcəksiz? 

- Hansı tədbirləri görəcəyimizi burada desəm, düzgün çıxmaz. Amma rəqibin çox yaxşı müdafiə xətti var. "Rakuv"un oyun stilinə yaxın oynayırlar. Sürətli oyunçulara sahibdirlər. Bu məqamda diqqətli olmalıyıq. İldən-ilə təcrübə toplayırlar, istənilən rəqibə qarşı rahat öz oyunlarını diqtə edə bilirlər. 

- “Rakuv”la oyun və “Zirə” məğlubiyyətindən sonra sanki üzərinizdə təzyiqlər daha çox oldu, tənqidlərə məruz qaldınız. Geridə qalan bir həftəni necə keçirdiz?  

- Mən Bakını, vətənimi çox sevirəm. Biz hamımız bu vətənin övladlarıyıq. Bizi danlayırılar, narazılıq və etiraz edirlərsə, bunu övlad kimi düzgün qəbul edirik. Biz də vətən üçün çalışırıq ki, məsuliyyətli olaq. Bacardığımızdan da artığını etməliyik ki, vətənimizə. xalqımıza az da olsa, faydamız dəysin. Bunu hər zaman şərəflə yerinə yetirməyə çalışmışam. Sırf bu məsələ haqda çox da fikir bildirmək istəmirəm. Normal hallardır. Mən azərbyacanlılarımı və vətənimi çox sevirəm. 
 

Rəşad Rafiqoğlu, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO