Azərbaycan klubunun Avrokubokdakı rəqibi müəyyənləşdi

Azərbaycan klubunun Avrokubokdakı rəqibi müəyyənləşdi

Hazırda oxunan: Azərbaycan klubunun Avrokubokdakı rəqibi müəyyənləşdi

150028

“Sabah” basketbol klubunun FİBA Avropa Kubokunda 2023/2024 mövsümünün təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib.  

Bizim Media xəbər verir ki, Almaniyada baş tutan püşkə əsasən, Azərbaycan çempionu A qrupunda qərarlaşıb. Avropa Kubokunun debütantı “Donar” (Qroningen, Niderland), “Rabotniçki” (Skopye, Şimali Makedoniya) və “Rapid”lə (Buxarest, Rumıniya) mübarizə aparacaq.  

Qrup mərhələsinin oyunları 2-5 oktyabrda Skopyedə keçiriləcək. Qrupun qalibi turnirin müntəzəm çempionatına vəsiqə qazanacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO