UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin AEK (Yunanıstan) – “Dinamo” (Zaqreb, Xorvatiya) matçı təxirə salınıb.
Bizim.Media xəbər verir ki, Zaqreb təmsilçisinin yaydığı rəsmi açıqlamada avqustun 8-nə, bugünə nəzərdə tutulan matçın təxirə salındığı bildirilib.
Görüşün yeni vaxtı barədə əlavə məlumat veriləcəyi qeyd edilib.
Xatırladaq ki, dünən Yunanıstanın paytaxtı Afinanın ətraf rayonlarından birində yerli AEK azarkeşləri ilə Zaqreb “Dinamo”sunun fanatları arasında dava düşüb. “L’Equipe” nəşrinin yazdığına görə, münaqişə zamanı ən az 6 nəfər xəsarət alıb.
AEK azarkeşi olan 22 yaşlı gənc isə bıçaqlanıb. Afina xəstəxanasına aparılan fanat aldığı xəsarətlərdən dünyasını dəyişib.
Zaqreb “Dinamo”sunda azərbaycanlı futbolçu Mahir Emreli də forma geyinir.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
13:53 / 08.08.2023
SON DƏQİQƏ: Azarkeşlər dalaşdı, UEFA Emrelinin komandasının oyununu təxirə saldı
Hazırda oxunan: SON DƏQİQƏ: Azarkeşlər dalaşdı, UEFA Emrelinin komandasının oyununu təxirə saldı
Hazırda oxunan: SON DƏQİQƏ: Azarkeşlər dalaşdı, UEFA Emrelinin komandasının oyununu təxirə saldı
149973
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.