Ronaldo qol vurdu, komandası “pley-off”a YÜKSƏLDİ 

Ronaldo qol vurdu, komandası “pley-off”a YÜKSƏLDİ 

Hazırda oxunan: Ronaldo qol vurdu, komandası “pley-off”a YÜKSƏLDİ 

149375

Məşhur futbolçu Kriştiano Ronaldonun da formasını geyindiyi "Əl-Nəsr" (Səudiyyə Ərəbistanı) Ərəb Çempionlarının Klublar Kubokunda növbəti oyununa çıxıb. 

Bizim.Media xəbər verir ki, C qrupunda mübarizə aparan komanda 3-cü turda Misir “Zəmalek”i ilə üz-üzə gəlib.  

Görüş 1:1 hesabı ilə yekunlaşıb. Ronaldo da bu oyunda iştirak edib. O, 87-ci dəqiqədə başla zərbə ilə topu rəqibin qapısına göndərib. 

Bunadək “Zamalek”in yarımmüdafiəçisi Əhməd Sayed 53-cü dəqiqədə penaltini qola çevirib. 

Səudiyyə Ərəbistanı təmsilçisi 3 oyunun cəmində 5 xal toplayaraq C qrupunu 2-ci pillədə başa vurub. Komanda Ərəb Çempionlarının Klublar Kubokunun pley-off mərhələsində çıxış edəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO