İdmançımız Avropa birinciliyində 1 qızıl və 2 gümüş medal QAZANDI - FOTO 

İdmançımız Avropa birinciliyində 1 qızıl və 2 gümüş medal QAZANDI - FOTO 

Hazırda oxunan: İdmançımız Avropa birinciliyində 1 qızıl və 2 gümüş medal QAZANDI - FOTO 

149234

26 iyul – 3 avqust tarixlərində Rumıniyanın paytaxtı Buxarestdə keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir.  

Bizim.Media xəbər verir ki, yarışda 34 ölkədən 394 atlet (187 qadın və 207 kişi) iştirak edir.

Medallar uğrunda mübarizəyə Azərbaycan yığma komandasının üzvləri də qoşulublar. Bu gün onlardan son olaraq Əli Şükürlü körpücük üzərinə çıxıb.

O, yaşı 20-yə qədər olan atletlər arasında 109 kq çəki dərəcəsində qüvvəsini sınayıb.

Atletimiz birdən qaldırma hərəkətində 160 kq-ı ram edib və bu hərəkətdə Avropa birincilyinin gümüş medalını qazanıb. Şükürlü təkanla qaldırma hərəkətində daha uğurlu çıxış edib. O, 195 kq-ı qaldırıb və bu hərəkətdə Avropa birinciliyinin qızıl medalına sahib çıxıb.
Toplam 355 kq (160+195) nəticə göstərən Əli yekun sıralamada 2-ci yeri tutaraq gümüş medala layiq görülüb. 






Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO