“Neftçi”nin rəqibinin Bakı hazırlığı - FOTO  

“Neftçi”nin rəqibinin Bakı hazırlığı - FOTO  

Hazırda oxunan: “Neftçi”nin rəqibinin Bakı hazırlığı - FOTO  

149195

Konfrans Liqasının ikinci təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Jelezniçar" (Bosniya və Herseqovina) iyulun 31-də Bakıya gəlib.  

Bizim.Media xəbər verir ki, komanda matça daha yaxşı hazırlaşmaq üçün üç gün əvvəldən Azərbaycan paytaxtına yollanıb.

Onlar artıq Bakıda bir neçə məşqə də çıxıblar. Bu haqda klubun mətbuat xidməti məlumat yayıb.  

Şəkillərdən məşqlərin "Neftçi"yə məxsus olan Bakıxanov qəsəbəsindəki bazada keçirildiyi görünür. Bu gün axşam isə Sarayevo təmsilçisinin oyunun keçiriləcəyi "Bakcell Arena"da hazırlığı nəzərdə tutulub.  
Qeyd edək ki, Bakıda keçiriləcək "Neftçi" - "Jelezniçar" oyunu avqustun 3-ü saat 21:00-da başlanacaq. Bu komandaların Bosniya və Herseqovinadakı ilk görüşü 2:2 hesabı ilə başa çatıb. 
















Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO