\

\"Çelsi\" futbolçu aldı, 7 illik müqavilə bağladı

Hazırda oxunan: \"Çelsi\" futbolçu aldı, 7 illik müqavilə bağladı

149067

"Çelsi" heyətini yeni futbolçu ilə gücləndirib. 

Bizim.Media xəbər verir ki, London təmsilçisi "Renn"dən Lesli Uqoçukvunu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

"Çelsi" 19 yaşlı yarımmüdafiəçi üçün Fransa klubuna 27 milyon avro təzminat ödəyib. Fransalı oyunçu Premyer Liqa təmsilçisi ilə 7 illik müqavilə imzalayıb. 

Qeyd edək ki, Lesli Uqoçukvu "Renn"in yetirməsidir. O, son mövsümdə komandanın heyətində meydana çıxdığı 35 rəsmi matçda 1 qol ötürməsi edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO