“Neftçi” braziliyalı hücumçu ilə müqavilə bağladı

“Neftçi” braziliyalı hücumçu ilə müqavilə bağladı

Hazırda oxunan: “Neftçi” braziliyalı hücumçu ilə müqavilə bağladı

149025

“Neftçi” daha bir transferini reallaşdırıb.  

Bizim.Media xəbər verir ki, braziliyalı sol vinger Andre Şinyaşiki ilə 2 illik müqavilə bağlanıb.

Mərkəz hücumçusu mövqeyində də oynayan 26 yaşlı futbolçu komandanın heyətində 9 nömrəli formanı geyinəcək.

Andre Şinyaşiki ABŞ-nin “Kolorado Rapids” (2017-2022), “Kolorado Sprinqs Suitçbaks” (2019) və “Şarlott” (2022-2023) klublarında çıxış edib.  

2019-cu ildə MLS-də ilin ən yaxşı gənc oyunçusu seçilib.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl milli komandamızın üzvləri – qapıçı Emil Balayev, Xorvatiya əsilli yarımmüdafiəçi Filip Ozobiç, mərkəz müdafiəçiləri – braziliyalı Yuri Matias və macarıstanlı Mark Tamaş, təcrübəli dayaq yarımmüdafiəçisi Qara Qarayev və sağ cinah müdafiəçisi Ervin Koffi ilə anlaşıb. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO