“Araz Naxçıvan”ın baş məşqçisi: “Çətin olacaq, amma öhdəsindən gələcəyik”

“Araz Naxçıvan”ın baş məşqçisi: “Çətin olacaq, amma öhdəsindən gələcəyik”

Hazırda oxunan: “Araz Naxçıvan”ın baş məşqçisi: “Çətin olacaq, amma öhdəsindən gələcəyik”

148549

Yeni mövsümün hazırlığını davam etdirən "Araz-Naxçıvan" Qəbələ toplanışını başa vurub. 

Bizim.Media xəbər verir ki, Naxçıvan təmsilçisinin baş məşqçisi Azər Bağırov klubun mətbuat xidmətinə açıqlamasında toplanışı dəyərləndirib: 

"Qəbələ toplanışı məşqçilər üçün bəzi məqamlara aydınlıq gətirmək baxımından faydalı idi. Yeni dəvət etdiyimiz legionerlərin fiziki, taktiki və mental olaraq uyğunlaşması baxımından diqqətçəkən amillər oldu. Komplektləşmə baxımından işlər davam edir, komandaya qarşıdakı günlərdə yeni futbolçular qoşulacaq. İşimiz çoxdur və çətindir. Mövsümün startına çox az vaxt qalıb.  

Oyunlar zamanı istifadə edəcəyimiz taktiki gedişlərin futbolçular tərəfindən mənimsənilməsi lazımdır. Düzdür, ilk 1-2 həftə çətin olacaq, amma tədricən öhdəsindən gələcəyik. Qəbələ toplanışını ikitərəfli oyunla yekunlaşdırdıq.  

Futbolçular onlardan nə istədiyimizi meydanda praktiki olaraq göstərməyə çalışdılar. Bəzi məqamlarda istəyimizə çatdıq, elə epizodlar oldu ki, narazı qaldıq. Xətlərarası əlaqədə çatışmazlıqlar var, ona görə də qarşıdakı günlərdə bunun üzərində işləyəcəyik.  
Mövsümə 60-70 faiz hazırıq. Buraxılmış günləri mütləq kompensasiya etməliyik. Bir sözlə, işimiz çoxdur". 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO