“Neftçi” macar müdafiəçi ilə RAZILIĞA GƏLDİ 

“Neftçi” macar müdafiəçi ilə RAZILIĞA GƏLDİ 

Hazırda oxunan: “Neftçi” macar müdafiəçi ilə RAZILIĞA GƏLDİ 

147319

“Neftçi” daha bir legionerlə razılıq əldə edib.  

Bizim.Media xəbər verir ki, bakılılar yeni baş məşqçisi Adrian Mutunun istəyi ilə macar mərkəz müdafiəçisi Mark Tamaşla razılıq əldə edilib.  

29 yaşlı oyunçunun tezliklə Bakıya gəlib rəsmi müqaviləyə imza atacağı gözlənilir.  

Qeyd edək ki, “Videoton” yetirməsi vətənində “Puşkaş Akademiyası” və “Dyoşqyor” klublarında da çıxış edib. 2020-ci ildə Polşa “Şlask”ına keçən müdafiəçi ötən yay Rumıniya “Sepsi”sinə keçib.
Bu klubla bir illik müqaviləsi qalan Tamaş indi “Neftçi”yə gəlir. Klublarını həmişə azad agent kimi tərk edən Markın “Neftçi”yə necə transfer olunduğu bəlli deyil. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO