“Araz Naxçıvan”ın baş məşqçisi: “Heyətimiz hələ komplektləşməyib”

“Araz Naxçıvan”ın baş məşqçisi: “Heyətimiz hələ komplektləşməyib”

Hazırda oxunan: “Araz Naxçıvan”ın baş məşqçisi: “Heyətimiz hələ komplektləşməyib”

147249

Yeni mövsümün hazırlığı çərçivəsində bu gün növbəti oyununu keçirən “Araz-Naxçıvan” “Dalğa Arena”da “Kəpəz”lə qarşılaşıb.

Bizim.Media xəbər verir ki, 1:1 hesabı ilə başa çatan matçdan sonra komandamızın baş məşqçisi Azər Bağırov açıqlama verib:

“Hazırlığın ikinci həftəsinə başlamışıq. Bugünkü oyun da göstərdi ki, çətinliklərimizin bir hissəsi arxada qaldı. Futbolçular onlardan nə istədiklərimizi az da olsa başa düşürlər. Heyətimiz də hələ komplektləşməyib. Bu gün 13 futbolçu ilə mübarizə apardıq. Təbii ki, hazırlığa gec başlamağımız bizi müəyyən qədər sıxır. Ancaq hər keçən gün irəliyə doğru addım atmış oluruq.

Uşaqların fiziki baxımdan formaya düşməsi, məşqçilərin tapşırığını yerinə yetirməsi tədricən yaxşılaşacaq.

Komandaya son qoşulan hər iki legioner yaxşı təsir bağışladı. Onları izləyib heyətə dəvət etmişdik. Nuno Miguel bir aydan çoxdur məşq etməsə də, komandaya daha tez adaptasiya oldu. Vandersona bir qədər vaxt lazım olacaq. Ancaq meydanda varlığını hiss etdirirdilər. Bu isə hər ikisinin komandamıza kömək edəcək gücdə olduğunu göstərdi”.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO