Konfrans Liqasında “Neftçi” və “Sabah”ın rəqibləri BƏLLİ OLACAQ

Konfrans Liqasında “Neftçi” və “Sabah”ın rəqibləri BƏLLİ OLACAQ

Hazırda oxunan: Konfrans Liqasında “Neftçi” və “Sabah”ın rəqibləri BƏLLİ OLACAQ

147108

Bu gün UEFA Konfrans Liqasında I təsnifat mərhələsinə yekun vurulacaq.

Bizim.Media xəbər verir ki, Azərbaycan klublarının II raunddakı rəqibləri müəyyənləşəcək.

Əvvəlcə “Sabah”ın mümkün rəqibləri olan Latviyanın RFŞ və Şimali Makedoniyanın təmsilçisi “Makedoniya GP” kollektivləri birincilərin meydanında üz-üzə gələcəklər. Qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da start götürəcək. Makedoniyadakı ilk oyunda qonaqlar qələbə qazanıblar - 1:0.
“Neftçi”nin potensial rəqibləri olan Belarusun “Dinamo” (Minsk) klubu isə Bosniya və Herseqovina “Jelezniçar”ı ilə üz-üzə gələcək. UEFA-nın qərarına əsasən, Bakıda “Azərsun Arena”da oynanılacaq görüş saat 21:00-da başlayacaq. İlk matç bərabərliklə yekunlaşıb - 2:2.

Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlinin çıxış etdiyi Albaniya “Eqnatiya”sı isə Ermənistanın “Ararat-Armenia” komandasını qəbul edəcək.

Oyunun start fiti Bakı vaxtı ilə saat 22:00-da veriləcək. İrəvandakı ilk dueldə 1:1 hesablı heç-heçə qeydə alınıb. Azərbaycanlı yarımmüdafiəçi həmin matçın 59-cu dəqiqəsində meydana daxil olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO