Qurban Qurbanov: “Azarkeşlərimiz üçün maraqlı və baxımlı oyun nümayiş etdirməyə çalışacağıq”

Qurban Qurbanov: “Azarkeşlərimiz üçün maraqlı və baxımlı oyun nümayiş etdirməyə çalışacağıq”

Hazırda oxunan: Qurban Qurbanov: “Azarkeşlərimiz üçün maraqlı və baxımlı oyun nümayiş etdirməyə çalışacağıq”

146877

“İlk qarşılaşmamız səfərdə oldu. Bu gün komandam meydanda istədiyimiz oyunu göstərə bilmir. Bizi sabah meydanda ciddi müdafiə olunan rəqib gözləyir. Mən futbolçularıma inanıram və güvənirəm”. 

Bizim.Media xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Cəbəllütariqin “Linkoln” komandası qəbul edəcək Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov iyulun 18-də Bakıda təşkil olunan mətbuat konfransında deyib. 

Mütəxəssis bildirib ki, Tofiq Bəhramov adına Respublika Stadionu bizim üçün doğmadır. Amma avrokubok oyunlarımızı keçirəcəyimiz Bakı Olimpiya Stadionu da bizim üçün məqbuldur.
Komandanın bu meydanda da maraqlı oyunları olub. Düşünmürəm ki, futbolçularımıza stadion mənfi təsir etsin. Azarkeşlərimiz üçün maraqlı və baxımlı oyun nümayiş etdirməyə çalışacağıq. 

Qeyd edək ki, “Qarabağ” – “Linkoln” matçı iyulun 19-da saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Komandalar arasında ilk matçda Ağdam təmsilçisi 2:1 hesabı ilə qalib gəlib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO