Mutunun “Neftçi”yə gətirmək istədiyi ilk FUTBOLÇU 

Mutunun “Neftçi”yə gətirmək istədiyi ilk FUTBOLÇU 

Hazırda oxunan: Mutunun “Neftçi”yə gətirmək istədiyi ilk FUTBOLÇU 

145929

"Neftçi"nin baş məşqçisi Adrian Mutunun komandasında görmək istədiyi ilk futbolçu müəyyənləşib.

Bizim.Media xəbər verir ki, rumıniyalı mütəxəssis "ağ-qaralar"a ilk transferi öz ölkəsindən etmək istəyir.

Belə ki, Mutu ÇFR-in mərkəz müdafiəçisi Yuri Matiasın xidmətində maraqlıdır, Bu barədə "Prosport.ro" saytı məlumat yayıb.

Artıq "Neftçi" və ÇFR arasında danışıqların başladığı da bildirilir. Rumıniya klubu 28 yaşlı arxa xətt oyunçusu üçün 500 min avro tələb edir. Mutunun sabiq klubu "Rapid" də Matiası transfer etmək istəyir.
Qeyd edək ki, ÇFR Yuri Matiası 2022-ci ilin fevral ayında "Qaz Metan"dan transfer edib. Braziliyalı futbolçu son mövsümdə komandanın heyətində meydana çıxdığı 51 rəsmi  matçda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Klubu ilə 1 illik müqaviləsi olan oyunçunun "Transfermakt" saytında dəyəri 1 milyon 800 min avrodur.

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO