“Neftçi” və millimizin Dünya Seriyasındakı rəqibləri bəlli oldu

“Neftçi” və millimizin Dünya Seriyasındakı rəqibləri bəlli oldu

Hazırda oxunan: “Neftçi” və millimizin Dünya Seriyasındakı rəqibləri bəlli oldu

145564

14-15 iyul tarixlərində Kosovanın paytaxtı Priştina şəhərində 14 komandanın iştirakı ilə 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının növbəti mərhələsi baş tutacaq. 

Bizim.Media xəbər verir ki, Priştina mərhələsində iştirak edəcək 3x3 qadın millimiz B qrupunda ABŞ  və "Qyor" (Macarıstan), "Neftçi" isə D qrupunda Niderland və Kosova komandaları ilə mübarizə aparacaqlar. Millimiz qrupda ilk oyununu Bakı vaxtı ilə saat 20:35-də ABŞ millisinə, "Neftçi" isə ilk oyununu Bakı vaxtı ilə saat 23:35-də Niderland seçməsinə qarşı keçirəcək. 

Qeyd edək ki, qruplarda ilk iki yeri tutmuş komandalar 1/4 finala vəsiqə qazanacaqlar.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO