Patrik Andrade yenidən

Patrik Andrade yenidən "Qarabağ"da

Hazırda oxunan: Patrik Andrade yenidən "Qarabağ"da

145503

Kabo-Verde millisinin yarımmüdafiəçisi Patrik Andrade "Qarabağ"a qayıdıb.  

Bizim.Media xəbər verir ki, 30 yaşlı futbolçunun transferi ilə bağlı məsələ müsbət həllini tapıb.  

Yaxın günlərdə transfer rəsmən ictimaiyyətə elan olunacaq. Onunla 2 illik müqavilə imzalanacağı gözlənilir.  
Qeyd edək ki, Patrik Andrade 2020-ci ildən 2022-ci ilin may ayına qədər "Qarabağ"da çıxış edib. Sonra o, Serbiyanın "Partizan" klubuna keçib. O, 2022/23 mövsümündə bu komadada bütün turnirlərdə 26 oyunda iştirak edib, 2 qol vurub və 3 qolun ötürməsini edib.

Patrik Andradenin "Partizan"dakı durumundan məmnun olmadığı və artıq bu klubdan ayrıldığı bildirilir.

Əlavə edək ki, "Qarabağ" bu yay transfer pəncərəsi dönəmində "Zirə"dən ayrılan Hamidu Keyta və Juninyonu (son klubu Portuqaliya "Çaveş"i) da heyətinə qatıb. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO