Güləşçilərimizdən Avropa çempionatında yeni rekord

Güləşçilərimizdən Avropa çempionatında yeni rekord

Hazırda oxunan: Güləşçilərimizdən Avropa çempionatında yeni rekord

145337

Macarıstanın Kaposvar şəhərində keçirilən U-15 Avropa çempionatında sərbəst güləş üzrə mübarizəyə yekun vurulub.

Bizim.Media xəbər verir ki, qitə birinciliyində 9 (3 gümüş, 6 bürünc) medal qazanan millimiz komanda hesabında yalnız Gürcüstandan (155) geri qalıb.

Avropa ikincisi olan yığmamız 145 xal toplayıb ki, bu da U-15 Avropa çempionatları tarixində sərbəst güləş millimizin yeni rekordudur.

Xatırladaq ki, məşqçilər Namiq Quliyev, Elşad Allahverdiyev və Xəqan Süleymanovun rəhbərliyi altında Hüseyn İsmayılov (52 kq), İsa Yusibov (57 kq), Amin Nəsibov (85 kq) gümüş, Rəşid Nazarov (41 kq), Ruslan Əlizadə (44 kq), Həsən Həsənov (48 kq), Fərid Ağasızadə (52 kq), Nihad Abasov (62 kq) və Rəşad Veysəlov (68 kq) isə bürünc medal qazanıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO