Qaxda 486 idmançı şahmat olimpiadasında üz-üzə GƏLDİ - FOTO

Qaxda 486 idmançı şahmat olimpiadasında üz-üzə GƏLDİ - FOTO

Hazırda oxunan: Qaxda 486 idmançı şahmat olimpiadasında üz-üzə GƏLDİ - FOTO

144880

Qax Olimpiya İdman Kompleksində 16 yaşadək yeniyetmələr arasında Respublika Şahmat Olimpiadasına start verilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yarışda ölkəmizin 45 şəhər və rayonunu təmsil edən 486 idmançı mübarizə aparır.

Yarış Azərbaycan Şahmat Federasiyasının, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilir.


Olimpiadanın açılış mərasimində bildirib ki, ölkəmizdə bütün istiqamətlərdə olduğu kimi, idmanın da inkişaf etdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycanda idmanın, o cümlədən şahmatın inkişafında və bugünkü nailiyyətlərində Heydər Əliyevin böyük xidmətləri olub.

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, beynəlxalq dərəcəli hakim Faiq Həsənov şahmat olimpiadasının Qaxda keçirilməsinin heç də təsadüfi olmadığını, bu diyarın güclü şahmat ənənələri sayəsində Aynur Sofiyeva, Pərvanə İsmayılova, Xanım Balacayeva kimi tanınmış şahmatçılar yetişdirdiyini diqqətə çatdırıb.

Olimpiada İsveçrə sistemi üzrə 11 turdan ibarət olaraq FIDE qaydalarına əsasən keçirilir və şəxsi-komanda xarakteri daşıyır. Şahmatçılar A və B qrupları üzrə yarışırlar. A qrupunda 12 və yuxarı yaş şahmatçılar, B qrupunda isə 11 yaşadək şahmatçılar mübarizə aparırlar.
A qrupunda 262, B qrupunda isə 224 şahmatçı yarışır.  


Bədii proqramdan sonra yarışlara start verilib.  

Şahmat olimpiadası iyulun 15-dək davam edəcək. Olimpiadanın qaliblərinə Gənclər və İdman Nazirliyinin diplom və medalları, Şahmat Federasiyasının pul mükafatları təqdim olunacaq.




Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO