Bekhem: \

Bekhem: \"Messiyə görə 1 milyona yaxın mesaj aldım\"

Hazırda oxunan: Bekhem: \"Messiyə görə 1 milyona yaxın mesaj aldım\"

144365

"İnter Mayami"nin həmsahibi və "Real"ın (Madrid) sabiq yarımmüdafiəçisi Devid Bekhem hücumçu Lionel Messinin transfer etməklərindən danışıb. 

Bizim.Media xəbər verir ki, o, 36 yaşlı hücumçunun MLS təmsilçisində oynayacağı üçün sevindiyini deyib:  

“Bir neçə həftə əvvəl oyandığımda telefonumda bir milyona yaxın bildiriş var idi. “Nə olub?” deyə düşündüm. Adətən o qədər mesaj almıram. Birdən bildim ki, Lionel "İnter Mayami"yə keçdiyini elan edib. Aydındır ki, bu, mənim üçün sürpriz deyildi. Mən əvvəldən həmişə demişəm ki, dünyanın ən yaxşı oyunçularını "İnter Mayami"yə gətirmək imkanım olsa, karyeralarının hansı mərhələsində olurlarsa olsunlar, mən bunu edəcəm. 

Beləliklə, futbolda hər şeyi qazanan və hələ də böyük futbolçu olan ən yaxşı oyunçulardan biri mənim klubum üçün oynamaq istəyir. Bu, bizim üçün əla andır”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO