“Sumqayıt” braziliyalı hücumçu ilə danışıq aparır

“Sumqayıt” braziliyalı hücumçu ilə danışıq aparır

Hazırda oxunan: “Sumqayıt” braziliyalı hücumçu ilə danışıq aparır

143731

“Sumqayıt” klubu heyəti gücləndirmək üçün işləri davam etdirir. 

Bizim.Media xəbər verir ki, legioner axtarışında olan Samir Abasovun komandası braziliyalı hücumçu ilə maraqlanır.

Söhbət Albaniyanın “Erzeni” klubunda oynayan Patrik Nonatodan gedir. Hazırda hücumçu ilə danışıqlar davam etdirilir.  

Qeyd edək ki, Patrik Nonato karyerasının böyük hissəsini vətənində keçirib. 26 yaşlı forvard ötən mövsüm “Fluminense”dən “Erzeni”yə keçib. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO