“Qarabağ” Juninyonun transferini açıqladı

“Qarabağ” Juninyonun transferini açıqladı

Hazırda oxunan: “Qarabağ” Juninyonun transferini açıqladı

143342

“Qarabağ” klubu yay fasiləsinin ilk transferini reallaşdırıb. 

Bizim.Media xəbər verir ki, Ağdam klubu Portuqaliyanın “Saveş” klubundan Juninyonu transfer edib. 

Yarımmüdafiəçi ilə 4 illik müqavilə bağlanılıb. Braziliyalının transferi üçün Portuqaliyanın “Şaves” klubuna 600 min avro ödəniləcək.

26 yaşlı Juninyo son 3 mövsümü “Şaves”də oynayıb. O, daha çox Braziliya klublarında çıxış edib. 2019/20 mövsümündə “Eştoril”də icarədə olub.

Məhz bu komandadakı uğurlu çıxışı “Şaves”in diqqətini çəkib və onunla 4 illik müqavilə imzalanıb. İndi isə anlaşmasının bitməsinə bir il qalarkən oyunçu “Qarabağ”a satılır.


Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO