Futzal üzrə dünya çempionatının keçiriləcəyi ölkə müəyyənləşdi

Futzal üzrə dünya çempionatının keçiriləcəyi ölkə müəyyənləşdi

Hazırda oxunan: Futzal üzrə dünya çempionatının keçiriləcəyi ölkə müəyyənləşdi

143026

Futzal üzrə dünya çempionatının final mərhələsinin keçiriləcəyi ölkə müəyyənləşib.

Bizim.Media xəbər verir ki, gələn il sayca 10-cü dəfə təşkil olunacaq bu mərhələyə Özbəkistan evsahibliyi edəcək.  

Bununla bağlı FİFA bu gün qərar qəbul edib. 24 komandanın iştirak edəcəyi final mərhələnin matçları 2024-cü il sentyabrın 14-dən oktyabrın 6-dək keçiriləcək.  

Qeyd edək ki, Avropanın 7 ölkəsi mundialda iştirak edəcək. Sentyabr, oktyabr və dekabr aylarında qitə üzrə elit-raund mərhələsinin matçları keçiriləcək. Millimiz A qrupunda Qazaxıstan, Rumıniya və Niderlandla mübarizə aparacaq.  

Qrup lideri birbaşa final mərhələsinə yollanacaq. İkinci pilləni tutmuş komandalardan ən yaxşı göstəriciyə malik 4 komanda isə pley-off-da qarşılaşacaq.  

Qalib gələn 2 milli final mərhələsində oynamaq hüququ qazanacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO