Karateçimiz Avropa oyunlarında mübarizəni dayandırdı

Karateçimiz Avropa oyunlarında mübarizəni dayandırdı

Hazırda oxunan: Karateçimiz Avropa oyunlarında mübarizəni dayandırdı

142981

Azərbaycan karateçisi Fərid Ağayev Krakov-2023 III Avropa Oyunlarında mübarizəni dayandırıb. 

Bizim.Media xəbər verir ki, 21 yaşlı idmançı 75 kq çəki dərəcəsində B qrupundan yarımfinala yüksələ bilməyib.  

İlk iki görüşündə müvafiq olaraq ukraynalı Andrey Zaplitnyi (1:2) və italiyalı Daniele De Vivoya (2:5) məğlub olan F.Ağayev portuqaliyalı Tiaqo Migel Qonçalveslə heç-heçə edib – 0:0.  
Qeyd edək ki, qadın karateçi İrina Zaretska 68 kq çəki dərəcəsində qrupdakı hər üç görüşdə qələbə qazanaraq, yarımfinala yüksəlib və minimum bürünc medalı təmin edib. 

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO