Bürünc medalı təmin edən karateçimizdən AÇIQLAMA

Bürünc medalı təmin edən karateçimizdən AÇIQLAMA

Hazırda oxunan: Bürünc medalı təmin edən karateçimizdən AÇIQLAMA

142788

III Avropa Oyunlarına vəsiqə qazanmaq üçün ötən ildən reytinq xalları toplayırıq.

Bizim.Media xəbər verir ki, bunu Polşada təşkil olunan III Avropa Oyunlarında ən azı bürünc medalı təmin edən Azərbaycan karateçisi Tural Ağalarzadə (67 kq) açıqlamasında deyib.

Bildirib ki, “Krakov-2023”ə lisenziyaya sahib olmaq üçün xalların sayına görə Avropa birincisi seçilib və sonuncu qitə çempionatında bürünc medal qazanıb:

"Karyeramın dönüş nöqtələrindən hesab etdiyim Avropa Oyunlarında debüt etdim. Əvvəlki yarışlara zədə səbəbindən qatıla bilməmişdim. Bu gün buradayam. Qrupda 3 görüş keçirdim. Hər üçü kifayət qədər ciddi rəqiblər idi. Sevindirici haldır ki, döyüşlərim rahat keçdi".

Tural Ağalarzadə qeyd edib ki, yarımfinal və final barədə də nikbindir: “Həmin görüşləri qələbə ilə başa vurmaq istəyirəm. Bu, hələ son deyil. Finalda görüşərik".

Karateçimiz yarımfinalda polşalı Miloş Sabieçki ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 19:20-də start götürəcək.

İyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı mübarizə aparacaq. İdmançılar 29 növ üzrə 253 dəst medalın sahibini müəyyənləşdirəcək. Azərbaycan Krakov-2023-də 13 növ üzrə 86 idmançı ilə təmsil olunur.
Qeyd edək ki, tarixdə ilk Avropa Oyunları 2015-ci ildə Bakıda, ikinci multiidman tədbiri 2019-cu ildə Minskdə baş tutub. Azərbaycan millisi bu yarışlarda 84 medal qazanıb. İdmançılarımız 26 qızıl, 25 gümüş və 33 bürünc mükafat əldə edib. Komandamız medal sıralamasında Bakı-2015-də 2-ci, Minsk-2019-da 10-cu yeri tutub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO