Karateçimiz Avropa oyunlarında medalı TƏMİN ETDİ 

Karateçimiz Avropa oyunlarında medalı TƏMİN ETDİ 

Hazırda oxunan: Karateçimiz Avropa oyunlarında medalı TƏMİN ETDİ 

142773

Azərbaycanın daha bir karateçisi Polşada keçirilən III Avropa Oyunlarında mübarizəni dayandırıb.  

Bizim.Media xəbər verir ki, 60 kq-da yer alan Əminağa Quliyev A qrupundakı sonuncu görüşündə polşalı Arkadiuş Kvasnyevskiyə 1:0 hesabı ilə qalib gəlsə də, yarımfinala adlaya bilməyib. 

Daha əvvəl qadınlardan Fidan Teymurova (50 kq) və Mədinə Sadıqovanın (55 kq) yarışı medalsız başa vurması dəqiqləşib.  

Kişi karateçilərdən isə Tural Ağalarzadə (67 kq) yarımfinala yüksəlməklə ən azı bürünc medalı təmin edib. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO