“Neftçi” Regekampfı istefaya göndərdi – RƏSMİ

“Neftçi” Regekampfı istefaya göndərdi – RƏSMİ

Hazırda oxunan: “Neftçi” Regekampfı istefaya göndərdi – RƏSMİ

142560

“Neftçi”də Laurentsiu Regekampf dövrü rəsmən başa çatdı. 

Bizim.Media xəbər verir ki, “Neftçi” PFK-nın Müşahidə Şurasının qərarı ilə əsas komandanın baş məşqçisi Laurentsiu Regekampf, köməkçi məşqçilər – Viorel Dinu, Nikolay Qriqori, fiziki hazırlıq üzrə məşqçi Boqdan-Kornel Merişanu və qapıçılar üzrə məşqçi Florin Tene ilə müqavilələrə qarşılıqlı razılaşma əsasında xitam verilib. 

Qeyd edək ki, 2022-ci ilin iyunundan “Neftçi”ni çalışdıran Laurentsiu Regekampf 2022/23 mövsümündə “ağ-qaralar”la Premyer Liqanın bürünc medallarını qazanıb, Azərbaycan Kubokunun finalçısı olub. “Neftçi” rumıniyalı mütəxəssisin rəhbərliyi altında 45 rəsmi oyun keçirib. Bu matçlardan 24-ü flaqmanın qələbəsi, 8-i heç-heçə, 13-ü isə məğlubiyyətlə başa çatıb. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO