"Olimpiakos"da yeni baş məşqçi

Hazırda oxunan: "Olimpiakos"da yeni baş məşqçi

142464

"Olimpiakos"un yeni baş məşqçisinin adına aydınlıq gəlib. 

Bizim.Media xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Komandanı Dieqo Martinez çalışdıracaq. 

İspaniyalı mütəxəssislə imzalanan müqaviləni detalları açıqlanmayıb. 

42 yaşlı məşqçinin son klubu bu il aprel ayında ayrıldığı "Espanyol" olub. Martines daha əvvəl İspaniyanın "Qranada" və "Osasuna" komandalarına baş məşqçilik edib. 

"Olimpiakos"un son baş məşqçisi isə Mişel olub. O, aprelin 3-də komandadan gedib. Həmin vaxtdan indiyədək müvəqqəti baş məşqçi vəzifəsini Joze Aniqo icra edirdi. 
2022/2023 mövsümünün sonunda "Olimpiakos" Yunanıstan çempionatında üçüncü yeri tutub və növbəti mövsüm üçün Konfrans Liqasına vəsiqə qazanıb. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO