III Avropa Oyunları başlayır: İlk gündə 8 atletimiz çıxış edəcək

III Avropa Oyunları başlayır: İlk gündə 8 atletimiz çıxış edəcək

Hazırda oxunan: III Avropa Oyunları başlayır: İlk gündə 8 atletimiz çıxış edəcək

142299

Polşada təşkil edilən III Avropa Oyunları bu gün start götürəcək.

Bizim.Media xəbər verir ki, ilk gündə Azərbaycanın 8 idmançısı mübarizəyə qoşulacaq.

Atletika növündə Lamiyə Vəliyeva (400 metr məsafədə qaçış), Aleksis Kopello (üç təkanla tullanma), Cavid Məmmədov (400 metr məsafədə qaçış), Anna Yusupova (5000 metr məsafədə qaçış), Elman Abışov (800 metr məsafədə qaçış), Anna Skidan (çəkic atma), İlahə Quliyeva (100 metr məsafədə qaçış) və Aleksey Əliəkbərov (100 metr məsafədə qaçış) çıxış edəcəklər.

Qeyd edək ki, III Avropa Oyunları iyulun 2-dək davam edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO