İngiltərə klubunda yeni baş məşqçi

İngiltərə klubunda yeni baş məşqçi

Hazırda oxunan: İngiltərə klubunda yeni baş məşqçi

142264

İngiltərənin "Bornmut" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.  

Bizim.Media xəbər verir ki, Premyer Liqa təmsilçisini Andoni İraola çalışdıracaq.  

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.  

40 yaşlı mütəxəssislə 2025-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.  

Qeyd edək ki, Andoni İraolanın son iş yeri "Rayo Valyekano" olub. İspan çalışdırıcı "Bornmut"un baş məşqçisi postunda Qari Onili əvəz edib. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO