Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin sabah Avro-2024-ün seçmə mərhələsində keçiriləcək Azərbaycan - Estoniya oyunundan əvvəl mətbuat konfransı təşkil edilib.
Bizim.Media xəbər verir ki, mütəxəssis tədbirdə jurnalistlərin suallarını cavablandırıb:
- İlk iki oyunda komanda 9 qol buraxıb. Sabah nəyə ümid etmək olar?
- Bəli, uduzduq və 9 qol buraxdıq. Amma rəqiblərimiz də güclü idi və böyük təcrübəyə malik idilər. Oyunlara baxsaz, görərsiz ki, bəzi anlarda yaxşı oynamış, mübarizə aparmışıq. Fərdi səhvlər bizə baha başa gəldi. Təcrübəsi az olan oyunçular üçün belə səhvlərin böyük dərs olacağına ümid edirəm. Bunlar gələcək inkişafımızda bizə çox kömək olacaq.
- Heyətdə hücumçular çoxdur. Mahir Emreli hücumun mərkəzində olacaq?
- Son 7 oyundakı sistemi bilirsiz, nəticələr də yaxşı olub, beş qələbə qazanmışıq. Güclü rəqibləri məğlub edə bildik. Düzdür, son iki oyunda uduzduq... Emrelinin harada oynayacağını sabah görəcəksiz. Cinahda da ola bilər, əminəm ki, hansı mövqedə olsa, əlindən gələnin ən yaxşısını etməyə çalışacaq.
- Hər kəs millidən qələbə gözləyir. Bu, komandada psixoloji gərginlik yarada bilər?
- Yox. Çünki, iki oyunda uduzmuşuq. Uşaqlarda böyük istək var ki, vəziyyəti düzəltmək istəyirlər. Ağır rəqibə qarşı oynayacağıq. Fiziki cəhətdən də güclüdürlər. Onlarda yerli çempionat davam edir, bizdə isə bitib. Əlimizdən gələni edəcəyik ki, üç xal qazanaq.
- Milli Avstriyaya 1:4, Estoniya isə 1:2 hesabıyla uduzdu...
- Futbol riyaziyyat deyil. Estonların Avstriya ilə matçına baxmışam, yaxşı oynamışdılar. Daha uğurlu nəticə əldə edə bilərdilər. Sabah qələbə üçün əlimizdən gələni edəcəyik.
- Buraxılan qolların hamısı fərdi səhvdən olur?
- Bir neçə məqam var. Ola bilər bəzi futbolçular bu səviyyədə oynamağa öyrəşməyib, vəziyyəti gec oxuyuruq. Nəticədə də sözünü deyir. Rəqibin futbolçularının hamısı böyük liqalarda oynayırsa, çətinliklər özünü göstərir. Amma topla yaxşı oynayırıq, imkanlarımız olur. Qol vurub-vurmamaq vacib məqamdır. Oyunumuzda inkişafı hiss etmiriksə, deməli, görmək istəmirik.
- Komandanın fiziki hazırlığı nə yerdədir?
- Rəqibdə çempionat davam edir, bizdə isə bitib və yorğunluq var. Oyuna maksimum köklənib, daha çox qaçmalıyıq. Estoniya ağır rəqibdir, fiziki cəhətdən güclüdürlər.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
14:34 / 16.06.2023
De Byazi: “Ağır rəqibə qarşı oynayacağıq”
Hazırda oxunan: De Byazi: “Ağır rəqibə qarşı oynayacağıq”
Hazırda oxunan: De Byazi: “Ağır rəqibə qarşı oynayacağıq”
141751
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.