“Şaxtyor” Kaşuku “Sabah”a vermədi

“Şaxtyor” Kaşuku “Sabah”a vermədi

Hazırda oxunan: “Şaxtyor” Kaşuku “Sabah”a vermədi

141574

Ötən mövsümü icarə əsasında “Sabah”da keçirən ukraynalı futbolçu Aleksey Kaşuk müqavilə ilə məxsus olduğu Donetsk “Şaxtyor”unda qalacaq. 

Bizim.Media xəbər verir ki, bu barədə ukraynalı jurnalist Viktor Vatsko açıqlama verib.

O bildirib ki, məşqçilər heyəti hücumameylli yarımmüdafiəçini əsas heyətə qaytarmağı planlaşdırır:

“Başa düşdüyüm qədərilə, Kaşuk “Şaxtyor”a qayıdır. O, “Sabah”dakı çıxışı ilə hər kəsi heyran qoyub. 31 çempionat oyununda 16 qol və 10 məhsuldar ötürmə əla göstəricidir”.

Xatırladaq ki, 22 yaşlı vinger geridə qalan mövsümdə “Sabah”da 33 oyuna çıxıb, 16 qol və 10 assistlə yadda qalıb. Azərbaycan klubu onu yenidən heyətinə qatmaq üçün çalışır.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO