AFFA İcraiyyə Komitəsi TOPLANIR – Futbolumuzla bağlı vacib qərarlar qəbul olunacaq

AFFA İcraiyyə Komitəsi TOPLANIR – Futbolumuzla bağlı vacib qərarlar qəbul olunacaq

Hazırda oxunan: AFFA İcraiyyə Komitəsi TOPLANIR – Futbolumuzla bağlı vacib qərarlar qəbul olunacaq

141404

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı dəqiqləşib. 

Bizim.Media AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, toplantı iyunun 16-da saat 11:30-da “Dalğa Arena”da keçiriləcək. 

İclasda növbəti mövsüm Premyer Liqada neçə komandanın iştirak edcəcəyi ilə bağlı dəqiq qərar çıxarılacaq. 

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib: 

1. 2023-2024-cü illər mövsümündə I Divizionda çıxış edəcək komandaların siyahısının təsdiqi;

2. II Divizionun təsis olunması, turnirdə iştirak edəcək komandaların siyahısının müzakirəsi;

3. Lisenziyalaşdırma qaydaları ilə bağlı müvafiq əlavə və dəyişikliklər; 

4. Premyer Liqa və Azərbaycan Kuboku uğrunda yarışın oyunlarının yayım hüququnun klublara dövlət tərəfindən ayrılan maliyyə yardımı vasitəsilə tənzimlənməsi;

5. Premyer Liqada əvəzetmə sayı və legioner rüsumunun müzakirəsi;

6. Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinat;

7. Digər məsələlər.

Rəşad Rafiqoğlu, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO