"Neftçi"nin beynəlxalq turnirin finalındakı rəqibi BƏLLİ OLDU

Hazırda oxunan: "Neftçi"nin beynəlxalq turnirin finalındakı rəqibi BƏLLİ OLDU

141237

Dünya Qadın Seriyasının Şuşa mərhələsində 1/4 final və yarımfinal oyunları baş tutub.

Bizim.Media xəbər verir ki, İlk 1/4 final oyununda Macarıstan millisi Rumıniyaya 21-13 hesabı ilə qalib gələrək, yarımfinalda "Neftçi" nin rəqibi olub.  

İkinci 1/4 final oyununda isə Almaniya seçməsi "G FLOU" (Yaponiya) klubuna 22-16  hesabı ilə qalib gəlib və ikinci yarımfinalda Niderland komandasına rəqib olub.

Birinci yarımfinal oyununda "Neftçi" klubu, Macarıstan yığması ilə üz-üzə gəlib. Gərgin mübarizənin yekununda rəqibinə 15-14 hesabı ilə qalib gələn "Neftçi" ilk finalçı olub.  

"Neftçi" nin finalda rəqibi Almaniya millisinə 21-10 hesabı ilə qalib gəlmiş Niderland seçməsi olacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO