RƏSMİ: “Qəbələ” baş məşqçisi ilə müqaviləni uzatdı

RƏSMİ: “Qəbələ” baş məşqçisi ilə müqaviləni uzatdı

Hazırda oxunan: RƏSMİ: “Qəbələ” baş məşqçisi ilə müqaviləni uzatdı

141117

“Qəbələ” baş məşqçisi Elmar Baxşıyev və köməkçiləri ilə müqavilə müddətini uzadıb.

Bizim.Media klubun rəsmi saytına istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssis, həmçinin köməkçi məşqçilər Xaqani Məmmədov və Rasim Ramaldanov, qapıçı məşqçisi Vüqar Məmmədovla yeni anlaşma daha iki il müddətinə nəzərdə tutulub.  

Əvvəlki müqavilələri 2022-2023-cü illər mövsümünün sonunda başa çatan məşqçilər korpusu daha iki mövsüm “qırmızı-qaralar”ı çalışdıracaq.  

Xatırladaq ki, Baxşıyev 2019-cu ilin sentyabrından “Qəbələ”nin baş məşqçisidir. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO