PSJ-nin qapıçısı yenidən komaya düşdü

PSJ-nin qapıçısı yenidən komaya düşdü

Hazırda oxunan: PSJ-nin qapıçısı yenidən komaya düşdü

140660

PSJ-nin qapıçısı Serxio Riko yenidən komaya düşüb.  

Bizim.Media xəbər verir ki, bu barədə “Le Parisien” məlumat yayıb.  

Bildirilib ki, qolkiper hələ də Sevilyadakı xəstəxanadadır. İyunun 7-də Rikonun vəziyyətinin getdikcə yaxşılaşdığı  barədə məlumatlar ortaya çıxmışdı. Bu gün həkimlərin yenidən sakitləşdirici vasitələrdən istifadə etdiyi məlum olub. 
Bundan əvvəl Rikonun atdan yıxılaraq kəllə-beyin travması aldığı bildirilmişdi. O, Sevilyadakı xəstəxanalardan birinə yerləşdirilib və orada ona beyin qanaması diaqnozu qoyulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO