“Əziz Şuşa” beynəlxalq velosiped yarışında bu gün üçüncü mərhələ keçiriləcək

“Əziz Şuşa” beynəlxalq velosiped yarışında bu gün üçüncü mərhələ keçiriləcək

Hazırda oxunan: “Əziz Şuşa” beynəlxalq velosiped yarışında bu gün üçüncü mərhələ keçiriləcək

140525

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışı davam edir. 

Bizim.Media xəbər verir ki, bu gün turnirin üçüncü mərhələsi keçiriləcək. 

Velosipedçilər yenə Qəbələdən yarışa start verəcəklər. Ancaq bu dəfə finiş Gəncədə olacaq. 12 komandanın üzvləri 170 km məsafəni birinci qət etmək uğrunda mübarizə aparacaqlar. 
Qeyd edək ki, Bakıdan Şamaxıya qədər olan birinci mərhələni bolqarıstanlı Martin Papanov, Qəbələ-Şəki-Qəbələ marşrutunu əhatə edən ikinci mərhələni isə niderlandlı Luk Şurmans qazanıb. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO