Musavat.com xarici xəbər agentliklərinə istinadən verdiyi məlumatda 'Barselona'nın ulduz futbolçusu Lionel Messinin atası ilə birlikdə Barselona məhkəməsinin qarşısına çıxdığını bildirir.
Ulduz futbolçu vergi qaçırmaqda ittiham edilir.
2007-2009-cu illər arasında reklam gəlirlərini vergi orqanlarından gizlətməkdə günahlandırılır.
Təxminən 4 milyon dollar miqdarında vergi qaçaqçılığında ittiham olunan argentinalı ulduz və atası Xorxe Horasio üçün 22 ay həbs cəzası istənilir.







































































































