Maaşı azaldılan Maksim Medvedev “Qarabağ”dan ayrıla bilər

Maaşı azaldılan Maksim Medvedev “Qarabağ”dan ayrıla bilər

Hazırda oxunan: Maaşı azaldılan Maksim Medvedev “Qarabağ”dan ayrıla bilər

138920

“Qarabağ”ın kapitanı Maksim Medvedev komandadan ayrıla bilər. 

Bizim.Media xəbər verir ki, buna səbəb 33 yaşlı müdafiəçiyə təklif olunan yeni maaşın az olmasıdır. Maksim karyerasını Ağdam təmsilçisində davam etdirməyə və elə sevimli klubunda da bitirməyə razıdır.

Amma maaşının azaldılmasını qəbul etmək istəmir. Əgər rəhbərlik şərtləri yaxşılaşdırmasa, futbolçu bu yay 17 il şərəfini qoruduğu klubdan getməli olacaq.

Maksim Medvedev 2006-cı ildən “Köhlən atlar”ın formasını geyinir. O, bütün karyerasını həsr etdiyi klubda 419 oyun keçirib.

Bu görüşlərdə 16 qol və 21 asisstlə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO